hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Ümid qəsəbəsində avtomobil piyadanı vurub öldürdü

Ümid qəsəbəsində avtomobil piyadanı vurub öldürdü

Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 17-də saat 4 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Gəncə şəhər sakini R.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Namiq Əmiraslanov olması müəyyən edilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 716