hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Ümumdünya Kitab və Müəlliflik Hüququ günüdür

Ümumdünya Kitab və Müəlliflik Hüququ günüdür

1995-ci ildə Parisdə keçirilmiş YUNESKO-nun 28-ci sessiyasında 23 aprel tarixninin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü elan edilməsi bərədə qərar verilib.

Cebhe.info xəbər verir ki, belə bir günün yaradılmasının məqsədi diqqəti yaradıcılığın müdafiəsi və ədəbi piratçılıqla səmərəli mübarizəyə yönəltmək kimi dəyərləndirilir.

Bu günün 23 apreldə təsis edilməsinin əsas səbəbi bu tarixdə ədəbiyyat sahəsində dünyaya öz töhfələrini vermiş bir neçə məşhur şəxslərin anadan olması və ya vəfatı ilə bağlıdır. Belə ki, bu gün 1616-cı ildə M.Servantes, V.Şekspir və İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Bugünkü tarixdə həmçinin Moris Drüon, X.Laksness, C.Pla və Manuel Mexia Valyexo kimi məşhur müəlliflərin anadan olma və ya həyatdan getmə günləridir.

Elə həmin konfransda YUNESKO həm də yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə "YUNESKO mükafatı"nı təsis etmişdi.

Azərbaycanda bu gün 2001-ci ilin aprelin 23-dən qeyd olunur.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 2834