hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Üzüm bağlarının hər hektarına görə subsidiya veriləcək

Üzüm bağlarının hər hektarına görə subsidiya veriləcək

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2020-ci ildən başlayaraq ilk 4 il ərzində üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, bu qərar 2019-cu ildən salınmış üzüm bağlarına şamil edilir. 2019-cu ildən əvvəl salınmış üzüm bağlarına görə isə hər hektara 240 manat subsidiya ödəniləcək.

Nümunə: 2019-ci ildə 10 hektar üzüm bağlı salmış fermer 2020-2023-cü illərdə hər il 6 min manat, 2024-cü ildən başlayaraq isə 2400 manat subsidiya alacaq.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 496