hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Uyğurlar üzrə mütəxəssis Özbəkistana buraxılmadı

Uyğurlar üzrə mütəxəssis Özbəkistana buraxılmadı

Uyğurlar üzrə mütəxəssis Yevgeni Bunin Özbəkistana buraxılmayıb. 

Cebhe.info xəbər verir ki, tərcüməçi kimi də tanınan araşdırmaçı ölkəyə buraxılmaması barədə BBC-yə özü məlumat verib.

Onun sözlərinə görə, əsasən Qazaxıstanda yaşayır: "Ancaq qışı Özbəkistanda keçirməyi xoşlayıram, ora mənim xoşuma gəlir. Buxaraya getmək istədim. Pasport nəzarətindən keçəndə gözləməyimi tapşırdılar. Bir müddət sonra bildirdilər ki, ölkəyə girişimə qadağa var və yenidən Alma-Atıya göndərdilər".

Bunu Çindəki uyğurların müdafisinə qoşulması ilə əlaqələndirib. 34 yaşlı mütəxəssis bildirib ki, indiyə qədər Çində uyğurlar və digər millətlərlə bağlı informasiya bazası yaradıb. Bazada 5,5 min nəfərin ölümü ilə bağlı məlumatlar toplanıb. Onlardan 3 min nəfəri uyğur, 2300 nəfəri qazax, 150 nəfəri qırğızdır.    

Xəzər
Cebhe.info


Oxunma sayı: 375