hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Vüsal Hüseynov miqrantları əmin etdi: “Heç bir narahatlıq yoxdur”

Vüsal Hüseynov miqrantları əmin etdi: “Heç bir narahatlıq yoxdur”

“Ölkəmizə gələn miqrantların yaşaması üçün heç bir narahatlıq yoxdur. Miqrasiya tənzimlənməsi qaçılmazdır. Ancaq yanaşma ondan ibarətdir ki, əcnəbi bu tənzimləmənin təsirini minimum hiss etsin". 

Cebhe. info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib. 

O vurğulayıb ki, ölkəmizə hər hansı əcnəbi gəlirsə, onun viza alması çox rahatdır: 

"Bildiyiniz kimi, "ASAN xidmət" üzərindən çox rahat viza alınır. Hətta hava limanında viza verilməsi praktikası tətbiq olunur. Bir çox ölkələrin vətəndaşları bu vizaları hava limanında əldə edə bilirlər. Bir sözlə, ölkəmizdə viza əldə edilməsi ilə bağlı hər hansı problem yoxdur. Azərbaycana dünyanın bütün ölkələrindən əcnəbilər səfər edir. Bu, həm turizm, həm iş, həm də təhsil məqsədlidir. Ölkəsindən asılı olmayaraq, səfər edən bütün əcnəbilərə rahat şəraitin yaradılması üçün tədbirlər aparılır". 

Alçina Amilqızı 
Cebhe. info


Oxunma sayı: 683