hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Vüsal Hüseynov vizanın ləğvindən danışdı

Vüsal Hüseynov vizanın ləğvindən danışdı

"Sentyabrın 1-dən başlayaraq Azərbaycan və Türkiyə arasında viza rejimi ləğv olunub. Viza rejiminin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir" . 

Cebhe.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə vətəndaşlarına tətbiq olunan viza prosesi onsuz da sadələşdirilmiş qaydada həyata keçirilirdi: 

"Yəni bu viza birbaşa hava limanında əldə edilirdi. Amma artıq ona sərf edilən 5-10 dəqiqəlik vaxt, hansısa bir bürokratik maneə də aradan götürülüb və bu şəxslər artıq rahat qaydada ölkəmizin bütün sərhəd nəzarət-buraxılış məntəqələrindən keçə bilərlər. Bu razılaşmaya əsasən, Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Azərbaycan vətəndaşları Türkiyəyə necə səfər edə bilirsə, eyni qaydada Türkiyə vətəndaşları da ölkəmizə rahat şəkildə səfər edirlər. Bununla bağlı problemli məqam yoxdur. Məqsədimiz ondan ibarətdir ki, narahatlıq yaradan məqam olduqda onun qarşısını alınsın". 

Alçina Amilqızı 
Cebhe. info


Oxunma sayı: 1013