hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Vaksin əleyhdarları ilə polis arasında toqquşma

Vaksin əleyhdarları ilə polis arasında toqquşma

Bu gün Londonun Vestminister meydanında, parlament binasının qarşısında koronavirusa qarşı vaksin əleydarlarının aksiyası keçirilib.

Aksiya zamanı polislə toqquşma baş verib.

Virtualaz.org xəbər verir ki, yüzlərlə etirazçı meydana toplaşaraq vaksin və polis əleyhinə şüarlar səsləndiriblər.

Onlar baş nazir Boris Consonu “həbs etməyə” çağırıblar.

Etirazçılar əllərində “Boris Consonu həbs edin!”, “Polisə ayıb olsun!” sözləri yazılmış plakatlar tutublar, koronavirusla bağlı bütün karantin tədbirlərini ləğv etməyi tələb ediblər.

Polis toplaşanları nəqliyyatın hərəkətinə mane olmamağa çağırıb. Onlara meqafonla xəbərdarlıq edib, bu vaxt vaksin əleyhdarları polisə su butulkaları atıblar, polis aksiyaçılara müdaxilə edib, 11 nəfəri saxlayıb.

Böyük Britaniya koronavirusa qarşı ən genişmiqyaslı vaksinasiya həyata keçirən ölkələrdən biridir, lakin son günlər yoluxmalar yenidən artır. Yoluxmaların artmasına baxmayaraq hökumət iyulun 19-dan etibarən xüsusi karantin rejimini xeyli yumşaldıb, bir çox məhdudiyyətləri ləğv edib. Hökumət iyulun 19-nu “azadlıq günü” adlandırır.

Cebhe.info


Oxunma sayı: 573