hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Vaksin kimlərdə daha çox antitellər yaratmır? – AÇIQLAMA

Vaksin kimlərdə daha çox antitellər yaratmır? – AÇIQLAMA

Rusiyanın Sarov şəhərinin sakini peyvənd olunmasına baxmayaraq koronavirusdan vəfat edib.

Belə ki, adı açıqlanmayan qadın yanvar ayında hər iki doza peyvənd olunub. Ancaq onda ümumiyyətlə, antitel yaranmayıb.

Yerli sakinlər isə ölən qadının şəkərli diabetdən də əziyyət çəkdiyini bildiriblər.

Həkim İrina İqnateva bildirib ki, peyvənddən sonra antitelin yaranmaması 1 faiz müşahidə olunur.

Regionda eyni zamanda koronavirusun 3 təhlükəli ştammı yayılıb - Britaniya, Hindistan və Cənubi Afrika ştammı. Vəfat edən qadın da Cənubi Afrika ştammına yoluxub. Ancaq o, yoluxma əfərəsində bölgədən kənara çıxmayıb.

Sarov qapalı administrativ-ərazi birləşməsi hesab olunduğuna görə onun statisktikası Nijeqorod vilayətinin statistikasına daxil edilmir.

Maraqlıdır, vaksin kimlərdə daha çox antitellər yaratmır? Hansı orqanizmlərdə antitel yaranmaya bilər?

Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, peyvənddən sonra orqanizmlərdə mütləq antitel əmələ gəlir:

“Lakin onun dərəcəsinin çox zəif olduğu hallar da var. Hətta bəzən o qədər zəif olur ki, sanki heç antitel yaranmayıb. Orqanizm bədənə vurulan istər qida maddəsi, istərsə də dərman maddəsi, yəni nə olursa olsun mütləq ona qarşı reaksiya göstərir. Əgər orqanizm vurulan peyvəndə qarşı hər hansı bir allergik reaksiya törədirsə, yəni onu qəbul etmirsə, təbii ki, bu zaman həmin orqanizmdə antitel yaranmaz”.

Həkim qeyd edib ki, bütün peyvəndlər qanunla antitel yaratmalıdır:

“Çünki peyvəndlər təcrübələrdən, yoxlamalardan keçməlidir, eksperimental yoxlamalar aparılmalıdır, müəyyən qrup insanlarda yoxlanmalıdır. Onlarda antitel yaradırsa, artıq peyvəndin kütləvi istifadəsinə icazə verilir. Qanun budur, lakin indi bu qanundan nə dərəcədə istifadə edilir biz bunu bilmirik. Qanunla peyvəndlər orqanizmdə antitel yaratmalıdır, yaratmırsa, deməli həmin orqanizmin ona qarşı ciddi allergik reaksiyaları var”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 474