hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Vaksinləşmə faciə ilə sonuclandı: 13 nəfər iflic oldu

Vaksinləşmə faciə ilə sonuclandı: 13 nəfər iflic oldu

ABŞ-ın "Pfizer" şirkətinin eyniadlı vaksininin birinci dozası vurulduqdan sonra İsrailin 13 sakini üz sinirinin iflici keçirib.

Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatlarına istinadən, "Ynet" yazıb.
Həkimlərin bildirdiyinə görə isə, praktikada üz iflici keçirənlərin sayı daha artıqdır.

Vaksin edilənlərdən birinin sözlərinə görə isə, vaksindən sonra üzünün aşağı hissəsində qəribə hiss yaranıb. Bu sözləri deyən kişi daha sonra bu halın onda 28 saat davam etdiyini deyib və digər xoşagəlməz hallarla qarşılaşmadığını deyib.

İsrailin Səhiyyə Nazirliyindən xəbərdarlıq edilib ki, vaksinin birinci dozasından sonra iflic simptomları yaranırsa, ikinci dozanı vurmaq üçün iflicin keçməsi müddətini gözləmək lazımdır.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1530