hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Valideyn məsuliyətsizliyi: Ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?

Valideyn məsuliyətsizliyi: Ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Səbail rayonu Yeni Səlyan şossesi 22 ünvanında (Jurnalistlər Binası) bədbəxt hadisə baş verib.

Belə ki, binanın 16-ci mərtəbəsindən 3 yaşlı uşaq yıxılaraq həyatını itirib.

Son zamanlar bu tip uşaq ölümləri ilə bağlı xəbərlərə tez-tez rast gəlinir.

Uşaqlarla bağlı bədbəxt hadisələrdə valideyn məsuliyyətsizliyi də var. Ancaq bu məqam qanunvericilikdə necə təsbit olunub? Övladı ehtiyatsızlığın, diqqətsizliyin qurbanı olan validenylərə qarşı hansı tədbirlər görülür?

Bununla bağlı Cebhe.info-ya danışan sabiq deputat Gülər Əhmədova bildirib ki, uşaqların hüquqi təminatçısı həm də ailədir:

"Konstitusiyanın son mərhələsinin layihə variantında böyük dəyişiklik edildi. Əvvəl uşaqların hüquqi təminatçısı valideyn göstərilirdisə, indi dövlət göstərilir. Bu baxımdan, doğulan uşaq ata və anasına nə qədər aiddirsə, o dərəcədə də dövlətə aiddir. Yəni valideyn uşağın gündəlik yaşayışına, təhsilinə, sağlamlığına zərər verəcək addım atırsa, məsuliyyətə cəlb olunmalıdır".

Hüquqşünas Əsabəli Mustafayev isə qeyd edib ki, qəsd halı yoxdursa, yalnız mənəvi məsuliyyət yaradır:

"Burada qəsd yoxdursa, mənəvi məsuliyyət yarada bilər. Açıq-aşkar ehtiyatsızlıqdan olmayıbsa, bu hüquqi məsuliyyət yaratmaz. Yox, qəsdən edibsə, açıq-aşkar diqqətsizlikdən olubsa, birbaşa valideynin hərəkətinin nəticəsində uşaq xəsarət alıbsa, ölübsə, bu hüquqi məsuliyyət yaradır. Tutaq ki, valideyn evdə uşağı bağlayıb gedib, 2-3 gün gəlmirsə, gələndə də uşağın öldüyünü görürsə, bu hüquqi məsuliyyət yaradır.

Burada da araşdırma aparılır. Qəsddir, ehtiyatsızlıqdır ya qəsdən törədilməyib - bunlar hamısı araşdırılır və buna uyğun olaraq, qərar verilir. Nəticəyə əsasən, qiymət verilməlidir. Həmin dəyən xəsarətin ölçüsünə uyğun olaraq, şəxs məsuliyyət daşıyır. Qətl olursa, həbs qətimkan tədbiri seçilir. Qətli əgər valideyn törədibsə, bu anasıdır, atasıdır deyib, bunun xatirinə üçün ona güzəşt gedilmir. Uşaq ölübsə, 120-ci maddənin 1-ci hissəsinə görə, şəxs 12 ilədək həbs edilə bilər. Dediyim kimi, bu, xəsarətin dərəcəsindən asılı olur".

Naibə
Cebhe.info


Oxunma sayı: 848