hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Valideyn məsuliyətsizliyi: Ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?

Valideyn məsuliyətsizliyi: Ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?

Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

Lakin bəzi hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər. Əlbəttə ki, valideynlik hüquqlarından məhrum edilmə çox xoşagəlməz bir məsələdir. Bunun nəticəsində doğma ata, ana bəzən, hətta hər iki valideynlər öz uşağlarının tərbiyəsindən uzaqlaşdırılırlar və eyni zamanda uşağlarını taleyin mərhəmətinə buraxırlar.

Cəmiyyətdə mövcud ümumi bir yanlış təsəvvür budur ki, valideynlik hüququndan yalnız uzun illər alimenti verməyən alkoqol və ya narkotik aludəçisi olan valideyn məhrum edilə bilər. Belə yanaşma ona gətirib çıxarır ki, məsələn, hətta 10 ildən çoxdur ki, uşağını ümumiyyətlə, görməyən valideynin, valideynlik hüquqularından məhrum edilmə məsələsi qaldırılmır.

Həmin uşağa baxmayan valideyn də özünə haqq qazandırır ki, alkoqolik deyiləm, narkoman deyiləm 50 manat alimentimi də (həqiqətəndə 50 manat aliment verən var) hər ay verirəm: “Ona görə də məni heç kim valideyinlik hüququndan məhrum edə bilməz”.
Bəs şəxs hansı hallarda valideynlik hüququndan məhrum edilə bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan vəkil Roman Qaraşov bildirib ki, hazırda müraciətlər çox olsa da, məhkəmə nadir hallarda valideynlik hüququndan məhrum etməklə bağlı qərarlar verir:

“Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlik hüququndan məhrum etmək üçün əsaslar göstərilir. Valideyn öz vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, uşağı doğulduqdan sonra doğum evində tərk edib getdikdə, valideyn hüquqlarından sui-istifadə etdikdə, uşağa qarşı mütəmadi olaraq məişət zorakılığı ilə bağlı hərəkətlər etdikdə, yəni işgəncə verdikdə, uşağı tərbiyə etmək əvəzinə onun daimi olaraq məişət zorakılığından əziyyət çəkməsinə səbəb olduqda şəxs valideynlik hüququndan məhrum edilə bilər.

Eyni zamanda narkomaniya və alkoqol xəstələri, uşaqların və ya ailə üzvlərinin digərlərinə qarşı qəsdən cinayət törətmiş şəxslər valideynlik hüququndan məhrum edilə bilər. Lakin burada konkret göstərilən hallardan biri mövcuddursa, bu o demək deyil ki, həmin şəxs valideynlik hüququnu itirməlidir. Məhkəmələr mümkün qədər bu cür qərarlar qəbul etməkdən çəkinirlər. Çalışırlar ki, hər bir halda uşaq valideynlərinin hüquqlarından məhrum edilməsin. Hətta şəxslər valideynlik hüququndan məhrum edilsə belə, aliment hüququndan məhrum edilmirlər. Yəni həmin şəxslərin yenə də uşaqla bağlı öhdəlikləri davam edir”.

Vəkil qeyd edib ki, valideynlik hüququndan məhrum edilmə məhkəmənin qətnaməsi ilə təsdiq olunur:

“Eyni zamanda qəyyumluq himayəçilik orqanları var ki, yerli icra hakimiyyəti orqanlarının tərkibində fəaliyyət göstərirlər. Onların da bununla bağlı təsdiqdici sənədləri, rəyləri olmalıdır. Belə bir müddə var ki, yazılır ki, heç bir üzrlü səbəb olmadan uşağın doğum evində hər hansı müalicəvi, təbiyəvi və digər analoji məsələlərini öhdəliyə götürməkdən imtina etmək.

Yəni uşağı ora təhvil verir, amma götürmür. Bu halda da valideynlik hüququndan məhrum edilmə mümkündür. Uşaq əgər hər bir halda küçəyə atılırsa, şəxs valideynlik vəzifələrini yerinə yetirmirsə, ilk öncə qeyd etdiyimiz valideyn öz vəzifələrini yerinə yetirmədikdə faktı ilə o valideynlikdən məhrum edilə bilər”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1398