hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Valideynlər övladlarına peyvənd vurduracaqmı? –Ata və analar fərqli düşünür

Valideynlər övladlarına peyvənd vurduracaqmı? –Ata və analar fərqli düşünür

Avropa Dərman Agentliyinin yaxın günlərdə 12-15 yaş qrupu üçün “Pfizer-BioNTech” koronavirus peyvəndinin istifadəsini təsdiqləməsi gözlənilir. Bəs bunu etmək üçün valideynlər nə qədər hazırdır?

Cebhe.info xəbər verir ki, “BioNTech-Pfizer” 12-15 yaş arası uşaqlara tətbiq ediləcək COVID-19 ilə bağlı hazırladığı aşı üçün Avropa Dərman Agentliyinə (EMA) müraciət edib. Peyvəndin önümüzdəki həftələrdə həmin yaş qrupunda istifadə üçün təsdiqlənməsi gözlənilir. Davam edən sınaqlar da uğurlu olarsa, 12 yaşdan kiçiklər gələn yay peyvənlənə bilər. Ancaq əsl sual budur:

Valideynlər buna nə qədər hazırdır?

Valideynlərin uşaqlarını peyvənd etmək istəklərinə dair məlumatların əksəriyyəti Almaniyadakı ictimai səhiyyə təşkilatlarından, Erfurt Universitetindən və ABŞ-dakı Yale Qlobal Sağlamlıq İnstitutundan əldə edilə bilər. Almaniyanın Erfurt Universitetinin tədqiqatçısı Sarah Eitze fevral ayının sonunda tədqiqat iştirakçılarının 50 faizinin uşaqlarını peyvənd etməyə hazır olduqları barədə məlumat yayıb. Valideynlərin uşaqlara peyvənd vurdurmaq ilə bağlı qərarlarının səbəblərini də araşdırıblar. Qeyd edilir ki, uşaqların anaları onların aşılanması ilə bağlı atalarından daha çox qərar verirlər. O cümlədən, COVİD-19 ilə bağlı peyvənd zamanı da bu problem ortaya çıxa bilər. “National Geographic”in apardığı araşdırmaya görə, amerikalı kişilərin 69 faizi peyvənd vurdurmağa hazır olduğunu bildirdiyi halda qadınların 51 faizi bununla razılaşırlar. Bunun səbəbləri ilə bağlı bildirilir ki, qadınlar virusun kişilərlə müqayisədə onlara daha az təsir etdiyini düşünürlər. Eləcə də qadınların internetdə daha çox narahatlıq doğuran məlumatlar əldə etdikləri göstərilir.
Nigar
Cebhe.info


Oxunma sayı: 1035