hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Vaqif Bayatlı ad günündə xəstəxanaya düşdü

Vaqif Bayatlı ad günündə xəstəxanaya düşdü

Göz yaşları dəyməmiş,

Daş ürəklər yuxalır,

Nə deyirsən, qardaşım,

Seviləsi adamlar,

Günü-gündən çoxalır.

Bu misralar tanınmış şair Vaqif Bayatılı Odərə məxsusdur.  Deyirlər  əsl şair qəlbi qocalmır, yaşının üstünə yaş gəlsə də, hər zaman yazıb-yaradır. Vaqif  Bayatılı Odər də o şairlərdəndir ki, qəlbi sözlərlə doludur. O sözün xəstəsi, sözün quludur.

Modern.az-ın məlumatına görə, bu gün Vaqif Bayatlı Odərin doğum günüdür.

Cəbrayılov Vaqif  İsib oğlu 1948-ci il oktyabr ayının 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin  axşam şöbəsində təhsil alıb. 1981-1990 cı illər ərzində “Ulduz” jurnalında şöbə müdiri vəzifəsində çalışıb, eyni zamanda “Xəzər” toplusunun baş redaktoru olub.

1992-ci ildə isə “Azərbaycan Televiziya və Radio Şirkəti”nin xarici ölkələrə verlişlər studiyasının direktoru vəzifəsində çalışıb.

Vaqif  Bayatılı Odər şairlik fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb. 1993-cü ildə Azərbaycan mətbuat fondunun “Mirzə Cəlil” mükafatına, Gürcüstan Nazirlər Sovetinin “Vladimir  Mayakovski” mükafatıma layiq görülüb.

2019-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adını alıb. Şairin  müxtəlif mövzularda şeirləri var. “Yupyumuru eşq ilə”, “Səni sevmək istəyirəm”, “Dünya söndükcə sən görünürsən, İlahi”, “Unutdular məni,unutdular”, “Mən zalım adamam, kamaça”, “Ömrümüzün o başına” və s.

Şair bu seirlərində sanki zamanın nəbzini tutub.

Modern.az-ın əməkdaşı şairin özü ilə əlaqə saxlamağa çalışıb. Lakin telefon zənginə həyat yoldaşı Tamara Bayatlı cavab verib:

“Vaqif müəllimin adından sizə minnətdarlığımı bildirirəm.  Diqqət göstərib əlaqə saxlamısınız. 

Hazırda biz Türkiyədə xəstəxanadayıq. Vaqif müəllimin səhhətində bir az problemlər yarandığına görə, qardaş ölkəyə gəlmək məcburiyyətində qaldıq.

Həkim müayinəsindən keçib, hələ ki analizin nəticələri çıxmayıb. Ümid edirik ki, Vaqif müəllim tezliklə sağalıb, doğma vətəninə dönəcək.

Sizin vasitənizlə Vaqif Bayatlının oxucularına bir müjdə də verim. Onun yeni kitabı işıq üzü görəcək. Artıq çap olunması üçün nəşriyyata da təqdim etmişik”. 

Cebhe.info


Oxunma sayı: 683