hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Varan komanda yoldaşlarından üzr istədi

Varan komanda yoldaşlarından üzr istədi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Mançester Siti”yə məğlub olmuş “Real” Madridin fransalı müdafiəçisi Rafael Varan komanda yoldaşlarından üzr istəyib.

Cebhe.info xəbər verir ki, müdafiəçi bu barədə özünün “İnstagram” hesabında yazıb.

“Məğlubiyyətə görə çox üzgünəm. Bu məğlubiyyət mənimdir. Buna görə komanda yoldaşlarımdan üzr istəyirəm. Bu cür səhvlər karyeram boyu baş verməmişdi”, - deyə Varan bildirib.

Qeyd edək ki, “şəhərlilər” doğma meydanda Varanın səhvindən iki dəfə istifadə edərək qol vurublar. 9-cu dəqiqədə Sterlinq fərqlənib. 28-ci dəqəqdə Benzema cavab topunu vurub. 68-ci dəqiqədə isə Xesus qələbə qoluna imza atıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 2751