hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Varlılar üçün həyat yerin altında da gözəldir: Dünyanın sonu və ya müharibədən qorunmaq üçün XƏRCLƏNƏN MİLYONLAR  

Varlılar üçün həyat yerin altında da gözəldir: Dünyanın sonu və ya müharibədən qorunmaq üçün XƏRCLƏNƏN MİLYONLAR  

Apokalipsis (dünyanın sonu) hələ də insanların qorxulu röyası olaraq qalır.

Baxmayaraq ki, bunun üçün elmi əsasların olmadığına dair dəfələrlə açıqlamalar verilib. Ancaq hələ də insanların böyük bir qrupu günlərin birində yeraltı sığınacaqlara ehtiyac olacağını düşünür və apokalipsisə hazırlaşır. Əgər əvvəllər bu yeraltı sığınacaqlar ancaq imkanlılar üçün əlçatan idisə, indi vəziyyət dəyişib.

Cebhe.info xəbər verir ki, qısa müddət əvvəl 18 milyon dollara ABŞ-da Las-Veqasda yeraltı sığınacaq satışa çıxarılıb.

Bu, sadəcə sığınacaq deyil, dəbdəbəli malikanədir, sadəcə yerin üstündə yox, altında. Sığınacaqda 5 yataq otağı, 6 vanna otağı, rəqs meydançası, bar, cakuzi, hovuz, qolf meydançası var. Həmçinin havalandırma sistemi olduqca mükəmməl qurulub. Enerji təhlükəsizliyi təmin olunub. Baxmayaraq ki, apokalipsis olacağı təqdirdə işıqların sönməyəcəyinə kimsə təminat vermir.

Sığınacaqlara maraq isə təkcə ABŞ-da yaranmır. Qonşu Rusiyada da artıq imkanlılar ev alarkən sığınacaq imkanını da araşdırır. "Mən özüm şəxsən iki belə ev satmışam",- deyə əmlak bazarının iştirakçılarından olan Oleq Mixaylik deyib. Onun sözlərinə görə, bəzi ev sahibləri təkcə apokalipsisi yox, həm də müharibə gözləntisini yüksək dəyərləndirir. Ev alarkən və ya tikdirərkən sığınacağına xüsusi diqqət ayrılır. 

"Kalinka Group"un əməkdaşı Natalya Korolkovanın sözlərinə görə, Moskva şəhərində sığınacağı olan 4 belə ev barədə məlumatı var: "Dəqiq ünvanları açıqlaya bilmərik, ancaq Moskva ətrafındadır. Bu bunkerlərin sahəsi 100 kvm-dən 1000 kvm-dəkdir. Bütün sistemlərlə tam təchiz olunub".

Ekspert deyir ki, indi artıq heç kəsi bunker xatirinə bunker maraqlandırmır. Ev alan da, satan da buna xüsusi diqqət yetirir. İmkanlı insanlar hər şeyin universal olanını istəyirlər, çünki ödədikləri məbləğ də universal olur. Bu evlərə elə sistem quraşdırılır ki, yer altında havasızlıq qətiyyən hiss edilmir, əgər əvvəl bu, havanın təmizlənməsi texnologiyası əsasında təmin edilirdisə, indi özləri müstəqil də işləyə bilir. Əsasən havanın tənzimlənməsi imkanı verən balaca qutular qoyulur. 

İndi yeni malikanələrdə “panic room” adlı otaqların ayrılması da dəb olub. Bu otaqlar adətən evin 2 və ya 3-cü mərtəbəsində olur. Zərurət olduğu təqdirdə evin sakinləri bu otaqda gizlənə bilərlər. Bura kənardan müdaxilə mümkün deyil, çünki divarlar və qapı zirehlidir. Otağa quraşdırılan xüsusi kanal vasitəsilə polis və ya yardım çağırmaq da mümkün olur. 

Növbəti variant isə bu otaqların qiymətli əşyaların saxlanılmasında istifadəsidir.

Klassik bunkerlərdə isə əsasən dəmir-beton konstruksiyadan istifadə olunur. Minimal ərazi 30 kvm olur. 

Əsasən bu sığınacaqlarda yaşamaq üçün 10 gün nəzərdə tutulur. Bu, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hesablanmış müddətdir. Ancaq apokalipsis və ya dünyanın sonundan xilas olmağı kimsə vəd etmir. Təbii ki, sığınacaqda illərlə yaşamaq mümkün deyil. Heç kəs yer altında saray istəməz. Bunker bunkerdir-rənglənmiş beton divarlar, işıqlandırma sistemi, zəruri ehtiyacların qarşılanması üçün imkan.

Bunker üçün qıdalanma xəritəsi də xüsusi olaraq hazırlanır. Təbii ki, varlılardan kimsə bunkerdə qara kürü gizlətmir. Standart qida zənbili hazırlanır: makaron, "tuşeenka" kimi uzun müddət saxlanıla bilən məhsullar. Dərman qutusu da unudulmur. İldə iki dəfə bu ehtiyatlar dəyişdirilir. Filtirləmə sisteminə isə 10 il ömür biçilir.  
Xəzər
Cebhe.info


Oxunma sayı: 1512