t Vasif Talıbov yeni vəzifəyə gətirildi
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Vasif Talıbov yeni vəzifəyə gətirildi

Vasif Talıbov yeni vəzifəyə gətirildi

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamıza yeni baş məşqçi təyin olunub.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, bu vəzifəyə Vasif Talıbov gətirilib.  7-12 yanvar 2020-ci il tarixlərində Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində Famil Ağayev və Eldar Yusubov isə yığma komandanın köməkçi məşqçiləri kimi seçiliblər.

Qeyd edək ki, hər üç məşqçi, voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatı “Super” liqa yarışlarında mübarizə aparan klublarda baş məşqçi kimi fəaliyyət göstərirlər. Vasif Talıbov “Murov”, Famil Ağayev “Azərreyl”, Eldar Yusubov isə “Abşeron” voleybol klubunun baş məşqçiləridirlər.

Cebhe.info


Oxunma sayı: 1684