hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Vaşinqtonda atışma nəticəsində 1 nəfər ölüb

Vaşinqtonda atışma nəticəsində 1 nəfər ölüb

ABŞ-ın Vaşinqton şəhərində silahlı insident nəticəsində altı nəfər güllə yarası alıb.

Cebhe.info xəbər verir ki, hadisə nəticəsində onlardan biri dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanaya aparılıblar.

Yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.

Hazırda hadisənin təfərrüatları araşdırılır, polis əməkdaşları cinayətkarı axtarır.

Əhməd 
Cebhe.info

 


Oxunma sayı: 562