hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Vaşinqtonda Qarabağ görüşü:”Həmsədrlər də varsa, nəticə olmayacaq” - RƏY   

Vaşinqtonda Qarabağ görüşü:”Həmsədrlər də varsa, nəticə olmayacaq” - RƏY   

Vaşinqtonda iyunun 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Cebhe.info xəbər verir ki, politoloq Məhəmməd Əsədullazadə görüşün erməni tərəfinin intensiv təxribatı və ötən il şifahi razılaşdırılmış Düşənbə anlaşmasının qüvvədən düşməsi fonunda keçiriləcəyini deyib:

“Xarici işlər nazirlərinin bu görüşündə həmsədrlərin də iştirakını yeni detalın müzakirə olunmayacağı kimi qiymətləndirmək olar. Çünki həmsdərlərin iştirakı ilə keçirilən görüşlər imitasiya xarakteri daşıyır, xüsusilə humanitar aksiyaların əldə olunması masaya yatırılır. Paris və Moskvada keçirilən danışıqlar məhz bu qəbildən olduğu üçün bu görüşdə də müsbət nəticənin əldə olunması gözlənilmir.

Qeyd edim ki, Düşənbə, Vyana, Paris və Moskva görüşləri etimad mühitinə zərbə vurdu, proseslər cəbhədə təxribat etməklə sıfırlandı. Bu da işğalçı ölkənin hər hansı bir razılığa gəlmək planının olmamasından irəli gəlir. İrəvan Vaşinqton görüşündən sonra yenidən cəbhədə təxribat edəcək. Təbii ki, bu təlimat Kremldən veriləcək. Çünki ABŞ bu görüşdə öz həll formulunu masaya gətirəcək. Bu, "Bolton planı" kimi xarakterizə edilir. Moskva “Kazan modeli”nə və “Lavrov planı”na malik olduğu üçün Vaşinqtonun həll təklifinə müsbət baxmır. Sadəcə Vaşinqton görüşündə danışıqların davam etdirilməsi və əsirlərin dəyişdirilməsi müzakirə olunacaq. Əgər həmsədrlər bu görüşə qatılmasaydı, ABŞ tərəflərlə ciddi müzakirə apara bilərdi. Hətta Əliyev - Paşinyan görüşü növbəti aylarda təşkil edilə bilərdi. Rusiyanın Vaşinqton görüşündə olması bu danışıqların da manipulyasiyasına gətirib çıxarır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1838