hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Vaşinqtondan önəmli MESAJ: “Aşqabad Azərbaycanla kiçik umu-küsünü kənara qoymalıdır”

Vaşinqtondan önəmli MESAJ: “Aşqabad Azərbaycanla kiçik umu-küsünü kənara qoymalıdır”

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Novruz bayramı münasibətilə Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədova yazdığı məktubda belə bir cümlə işlədib: “Ümid edirik ki, Türkmənistan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq”.

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, polotoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu bu təbrikdə olan sətiraltı məqamlara aydınlıq gətirib: "Birincisi, Vaşinqton Qurbanqulı Berdiməhəmmədova cəsarətli qərar verməyə çağırış edir. Bəli, Xəzərin hüquqi statusu müəyyənləşib. Bu, o deməkdir ki, Xəzərin dibi ilə Türkmənistanla Azərbaycan arasında boru xəttinin tikintisinə heç nə mane olmur. Yetər ki, Aşqabad ortaya istək və qərar qoysun. İstək var, ancaq qərar yoxdur. İkincisi, Türkmənistan Avropaya qaz nəql etmək istəyir, çünki bu yolla qazın satışını şaxələndirəcək, Rusiya və ya İran bazarından asılı olmayacaq. Bu bazarlar çox kövrəkdir, çünki Rusiya və İran da dünyanın ən böyük qaz ixracatçılarındandır və türkmən qazını istədikləri qiymətə alırlar. Bu isə bir sıra hallarda Aşqabadın qiymət siyasəti ilə üst-üstə düşmür.

Ona görə də Vaşinqton Aşqabada daha əlverişli bazar təklif edir. Ancaq bunun üçün Aşqabad Azərbaycanla kiçik umu-küsünü (“Kəpəz” yatağının və iki ölkə arasında dənizin dibinin bölüşdürülməsi sazişinin imzalanması vacibdir ) ortadan qaldırmalı və dənizin dibi ilə boru xəttinin tikintisinə “hə” deməlidir. Aşqabadın Avropaya “gəlin qazı Türkmənistanla sərhəddə alın” çağışına kimsə müsbət yanaşmaz. Avropa Birliyi, ABŞ, Türkiyə və Azərbaycan Türkmənistan qazının Xəzər dənizinin dibi ilə nəqlində maraqlıdırlar. Bu hamının, ilk növbədə Türkmənistanın xeyrinədir. Ona görə də ilkin qərarı Aşqabad verməlidir". 
Vilayət Muxtar 
Cebhe.info

 


Oxunma sayı: 2052