hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Vəkilliyə qəbul parlamentdə mübahisə yaratdı: Spiker iradlarla razılaşmadı

Vəkilliyə qəbul parlamentdə mübahisə yaratdı: Spiker iradlarla razılaşmadı

“Vəkilliyi dövlət məmuru statusuna çevirməklə nə əldə edirikə Vəkillikdə iki mərhələli imtahana nə ehtiyac varə Şifahı imtahandakı sualların bəzisini yazılı imtahana salmaqla məsələni həll etmiş olarıq”.

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. F.Mustafa qeyd edib ki, vəkilliyə qəbulu asanlaşdırmaq lazımdır:

“Şifahi imtahanda bu peşəyə qəbul olanların nitq qabiliyyəti yoxlanıla bilər. 100 nəfərdən birinin nitqində problem ola bilər. Lakin 1 nəfərə görə iki mərhələli imtahan keçirmək doğru deyil. Əgər kimsə yaxşı vəkil olmayacaqsa, insanlar müraciət etməyəcək. Vəkilliyə qəbul imtahanından kəsilənin təkrar imtahan üçün bir il gözləməsi doğru deyil. Bu, işsizliklə bağlı da ciddi məsələdir. Prosesi bu cür mürəkkəbləşdirməyin nə faydası varə Biz nümayəndəlik institutunu ləğv etdik, bunu da doğru hesab etmirəm. Mövcud vəziyyət göstərir ki, vəkilliyə daxil olanların sayının artırılmasına şərait yaratmaq istəmirik. Vəkil hazırlıqsız olacaqsa, kimə nə ziyan olacaqə Sadəcə müştərisi olmayacaq”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərilə razılaşmayıb:

“Vəkillik məsələsini çox aşağılayırıq. Onlar əhaliyə, dolayısı ilə dövlətə xidmət edir. Nə üçün əhaliyə, dövlətə xidmət edən bu şəxslərin işi belə aşağılanmalıdırə Vəkillər savad baxımdan prokurorla eyni səviyyədə olmalıdır. Yaxşı imtahan verməyənlər bir il daha hazırlaşmalıdırlar”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1843