hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yaydı

Vergi Xidməti “ƏDV geri al” layihəsi ilə bağlı açıqlama yaydı

Son günlər vətəndaşlardan “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

Cebhe.info xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı açıqlama yayıb.

Bildirilib ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir: "Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar".

Cebhe.info


Oxunma sayı: 1849

Bizim Telegram səhifəmizi izləyin