hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vətən müharibəsinə görə yeni orden və medallar təsis edilir- SİYAHI

Vətən müharibəsinə görə yeni orden və medallar təsis edilir- SİYAHI

Azərbycan parlamenti Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

Cebhe.info xəbər verir ki, layihəni deputatlara vitse-spiker Əli Hüseynli təqdim edib.

O deyib ki, indiyədək Azərbaycanın 10 orden və 64 medal təsis edilib. Yeni layihədə daha 2 orden və 15 yeni medalın təsis edilməsi təklif olunur.

Qeyd edək ki, qanun layihəsində “Zəfər” və “Qarabağ” ordeni təsis edilir.

Eləcə də aşağıdakı orden və medallar təsis edilir:

"Cəsur döyüşçü"

"Döyüşdə fərqlənməyə görə"

"Suqovuşanın azad olunmasına görə"

"Cəbrayılın azad olunmasına görə"

"Xocavəndin azad olunmasına görə"

"Füzulinin azad olunmasına görə"

"Zəngilanın azad olunmasına görə"

"Qubadlının azad olunmasına görə"

"Şuşanın azad olunmasına görə"

"Kəlbəcərin azad olunmasına görə"

"Ağdamın azad olunmasına görə"

"Laçının azad olunmasına görə"

"Vətən müharibəsi iştirakçısı"

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə".

Hazırda qanun layihəsi müzakirə olunur.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4401

Bizim Telegram səhifəmizi izləyin