hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vətən müharibəsinin 19-cu günü: Düşmənin çox sayda yüksək rütbəli zabiti məhv edilib: “Zver”dən generaladək - BİZİM SİYAHI

Vətən müharibəsinin 19-cu günü: Düşmənin çox sayda yüksək rütbəli zabiti məhv edilib: “Zver”dən generaladək - BİZİM SİYAHI

Xəbər verdiyimiz kimi, sentyabrın 27-si səhər saatlarında Ermənistan tərəfi cəbhəboyu ərazilərdə təxribat törədib.

Bundan sonra Azərbaycan ordusu əks-həmlə əməliyatına başlayaraq, Cəbrayıl şəhəri, Hadrut və Suqovuşan da daxil olmaqla, bir sıra kənd və yüksəklikləri düşmən işğalından azad edib.

Hazırda humanitar atəşkəs rejimi olsa da, düşmən təxribatına cavab verilir. Rəşadətli ordumuz düşmənin xeyli sayda hərbi və canlı qüvvəsini məhv edərək qələbəyə bir addım daha yaxınlaşır.

Ermənistan Müdafiə Nazirliyi sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları nəticəsində 622 hərbinin öldürüldüyünü rəsmən açıqlayıb. Ancaq heç şübhəsiz, bu rəqəm reallığı əks etdirmir. Döyüş bölgəsində olan əcnəbi jurnalistlər də Ermənistanın xeyli sayda hərbi itkisinin olduğunu bildirirlər.

Düşmənin məhv edilən canlı qüvvəsi sırasında yüksək rütbəli hərbçilər də var.

Cebhe.info budəfəki araşdırmasında Vətən Müharibəsində məhv edilən erməni yüksək rütbəlilərinin siyahısını təqdim edir.

*Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun polkovniki, 48 yaşlı Nikolay Mikaeloviç Aykyanı məhv edib. Polkovnikin adı Ermənistan Müdafiə Nazirliyinin yaydığı siyahıda qeyd olunub.

* Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

*Sentyabrın 29-da Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.

*Sentyabrın 30-da Ermənistan silahlı qüvvələrinin generalı Arshavir Gharamyan ordumuz tərəfindən məhv edilib.

*Oktyabrın 6-da ordumuz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə erməni mayor Slavik Nikolay Avetisyanı məhv edib. Bu barədə məlumatı erməni mətbuatı təsdiqləyib. Məlumata görə, mayor S.N.Avetisyan öncə yaralanıb, daha sonra xidmətdən yayınmaq üçün xəstəxanadan qaçıbmış. Daha sonra mayor məhv edilib.

*Oktyabrın 8-dəki hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

*Oktyabrın 8-də ermənilərin daha bir yüksək rütbəli zabiti- Ovik Yuri Ağacanyan məhv edilib. Ovik Yuri Ağacanyan separatçı rejimin Dövlət Təcili Yardım Xidmətinin yanğın-xilasetmə bölümün 3-cü qvardiyasının üzvü olub.

*Oktyabrın 11-də Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 1-ci motoatıcı alayın komandirinin müavini polkovnik-leytenant Artak Vanyan da yer alıb.

*Azərbaycan Müdafiə Nazirliyinin 12 oktyabr tarixində yaydığı məlumata əsasən, canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

*Ermənistanın məhv edilən hərbçilərinin sırasında düşmən ölkədə “qəhrəman” kimi tanınan “Zver” ləqəbli polkovnik Karen Çarukyan da olub. Ermənistan Müdafiə Nazirliyi bu barədə 13 oktyabrda məlumat yayıb.

*Həmin gün açıqlanan məhv edilənlərin siyahısında, həmçinin Ermənistan silahlı qüvvələrinin mayoru, snayper Qrayr Xaçatryanın da adı var. Sosial şəbəkələrdə onun fotoları da yayılıb.

*İşğalçı erməni ordusunun baş leytenantı Mihran Avdalyan ordumuz tərəfindən məhv edilib. Məlumata görə, M. Avdalyan məhv edildikdən bir gün öncə xüsusi medalla təltif edilibmiş.

*Oktyabrın 14-də General Polad Həşimova qarşı qəsd əməliyyatı icra etmiş şəxs - Ermənistan ordusunun "ulduz"larından biri, 44 yaşlı Ruben Sənəmyan Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilib. Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyanın 21 avqust 2020-ci il tarixli fərmanı ilə kapitan Sənəmyana Milli qəhrəman adı verilmişdi.

*Erməni ordusunun mayoru Qrişa Tumasyan 14 oktyabr tarixində ordumuz tərəfindən məhv edilib.

*Erməni general-mayor Artak Tonoyan oktyabrın 15-də Qarabağda məhv edilib. A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin sülhməramlı qüvvələrinin briqadasına rəhbərlik edib. O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan ordusu tərəfindən məhv edilib.

Naibə
Cebhe.info


Oxunma sayı: 16853

Bizim Telegram səhifəmizi izləyin