hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vətənə xəyanət edənləri hansı cəza gözləyir? - QANUNDAN ÇIXARIŞ

Vətənə xəyanət edənləri hansı cəza gözləyir? - QANUNDAN ÇIXARIŞ

Xəbər verildiyi kimi Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda xarici kəşfiyyata casusluq edən ər-arvadı saxlayıb.

Dövlətə xəyanət etməkdə günahlandırılan Azərbaycan vətəndaşları – Həbib Abbasquliyev və onun həyat yoldaşı Lamiyə Abbasquliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin təşkil etdiyi əməliyyat nəticəsində saxlanılıb.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş ər-arvad Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilən gizli görüşlərdə verilən tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qanunvericilikdə dövlətə xəyanət edən şəxslər barədə hansı cəza tədbiri nəzərdə tutulur?

Cebhe. info xəbər verir ki, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—nəzərdə tutulur. Bu əməli törətmiş şəxslər əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə, eləcə də Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 7536