hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Vətənpərvərlik movzusu gənc rəssamın fırçasında-FOTOLAR

Vətənpərvərlik movzusu gənc rəssamın fırçasında-FOTOLAR

Son zamanlar vətənpərvərlik mövzusu rəssamlarımızın maraq dairəsinə daxil olub. Xüsusən istedadlı gənc rəssamlar Vətən savaşı, Qarabağ və şəhidlər mövzusuna diqqət ayırır. Onlardan birid Aysel Mayılovadır. Onun bu mövzuda çəkdiyi rəsmlər maraqla qarşılanır.

Qeyd edək ki, Mayılova Aysel Ziyadxan qızı 1995-ci ildə Daşkəsən rayonunda anadan olub. Göygöl rayon Yeni Qızılca kəndində yaşayır. Ali təhsillidir. 2017-ci ildə Gəncə Dövlət Pedaqoji Universitetinin Təsviri İncəsənət Müəllimliyi ixtisasını bitirib. Hal-hazırda Şəmkir rayon Çinarlı qəsəbəsi N.Süleymanov adına 2 saylı tam orta məktəbində Təsviri incəsənət müəllimi işləyir.

Bir sıra Beynəlxalq rəsm sərgilərində iştirak edib. Vətənpərvərlik mövzusuna aid bir çox rəsm əsərləri var. Xocalı faciəsinə aid "Ana fəryadı", Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya həsr etdiyi "Məğrur qadın" əsəri , "Ata nəsihəti " , "Tarix yazan sərkərdə" , Şuşanın dağları mahnısına həsr edilmiş "Şuşanın dağları" , "Xarı Bülbül" , "Mənsum İbrahimov Məcnun" rolunda, "Təbiət mənzərəsi" və digər əsərlərin müəllifidir.

Gənc rəssam Milli qəhramanlarımıza və Şəhidlərimizə aid çoxlu sayda portret çəkib. Eyni zamanda Rəngkarlığın Vitraj və mozayka növlərində əsərlər işləyib. Bir çox Diplom və Fəxri fərmanlarla təltif olunub.


Gənc rəssam öz üzərimdə daim çalışır. Kompozisiya əsərləri üzərində rəsm əsərləri işləməyi daha çox sevir.

Aydın
Cebhe.info


Oxunma sayı: 1717