hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Vəzifəsinin ilk 100 günündə 100 mln insana peyvənd vurduracaq

Vəzifəsinin ilk 100 günündə 100 mln insana peyvənd vurduracaq

ABŞ Prezidenti Co Bayden vəzifəsini rəsmi olaraq aldıqdan sonra Prezidentliyinin ilk günündə koronavirus pandemiyasına qarşı mübarizə planını açıqlayıb.

Unikal.org xəbər verir ki, virusa qarşı mübarizə planına uyğun olaraq bir sıra fərmanlar imzalayan Bayden vəzifəsinin ilk 100 günündə 100 milyon amerikalıya peyvənd vurdurmaq olduğunu bildirib.

Bununla bağlı yazılı açıqlama verən Bayden, "Koronavirusun qarşısını ala bilməsək işlər daha da pisləşəcək. Planımız müharibədə göstərilən gücü Covid-19-da da göstərərək qoruyucu vasitələr, şprislər və bənzər məhsulların istehsalını artırmaqdır. 400 min Amerikalı ölüb. Bu, İkinci Dünya Müharibəsindən daha çoxdur" deyərək insanları vaksinasiyaya çağırıb.

Cebhe.info


Oxunma sayı: 628