hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

VHP-də tədbir: Bakının azadlığının 102-ci ili qeyd oludu

VHP-də tədbir: Bakının azadlığının 102-ci ili qeyd oludu

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

“Bölgədəki siyasi durum və Azərbaycan-Türkiyə münasibətlərinin prespektivləri” mövzusunda keçirilən tədbirdə ölkənin millət vəkilləri, siyasi partiya sədrləri və ictimai xadimlər qatıblar.

Cebhe.info xəbər verir ki, bu haqda VHP-dən məlumat verilib.

Türkiyə və Azərbaycanın istiqlalı yolunda şəhid olanların ruhunu bir dəqiqəliki sükutla yad etdikdən sonra tədbiri açan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı dünyanın hazırki siyasi gedişatı və Türk Dünyasının qarşısında duran məqsədlər haqda danışıb.

Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa 15 sentyabr olayının tariximizdə müstəsna bir gün olduğunu və bu tarixin Türkiyə Azərbaycan qardaşlıq münasibətlərinin tarixi təsdiqi olduğunu bildirdi. Millət vəkili bu gün hər iki dövlətin tarixi ənənələrini davam etdirir.

Tədbirə telefonla Türkiyədən İYİ Partiya başqanı Meral Akşener də qatılaraq iştirakçıları salalamladı. Meral xanım Türkiyə və Azərbaycanın həm dövlət, həm də xalq olaraq hər zaman bir birinə dəstək olduğunu və bu birliyin bundan sonra dahada güclənəcəyinə inandığını bildirdi.

Həmçinin tədbirə telefonla Türkiyədən MHP başqan yardımçısı Atilla Kaya və Türk Dünyası Qazeteçilər Federasiyonunun başqan yardımçısı Türer Yener də qatılaraq Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının zamanın tələbi olduğunu bildirdi.

Eləcə də tədbirdə Ədalət Partiyasından Sədr müavini Elxan Şükürlü, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı, AMEA əməkdaşı, alim Yasəmən Qaraqoyunlu çıxış etmişdir.

Çıxışlarda Azərbaycan-Türkiyə münasibətlərinin hərbi ittifaqa qədər yüksəlməsinin, Türk dövlətlərinin iqtisadsi-siyasi-hərbi birliyinə nail olunmasının vacibliyi vurğulanıb.

Cebhe.info


Oxunma sayı: 2124