hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində önəmli kadr dəyişikliyi edib.

Cebhe.info BakuPost.az-a istinadən xəbər verir ki, polkovnik Rəşadət Babayev rəis müavini vəzifəsindən çıxarılıb.

Onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib. Yeni rəis müavini bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Rəşadət Babayev rəis müavini olmaqla yanaşı həm də alayın komandiri vəzifəsini daşıyırdı. İndi o yalnız alaya rəhbərlik edəcək.

Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov danışmaq istəməyib: “Bəli, polkovnik Rəşadət Babayev Alayın komandiri olmaqla yanaşı, həm də rəis müavini idi. Dəyişikliklə bağlı isə mən dəqiq bir söz deyə bilmərəm. Siz bunu kadrlardan və ya DİN-in mətbuat xidmətindən dəqiqləşdirin”.

Cebhe.info


Oxunma sayı: 705