hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Virus 50 nəfərdən birinə hücum edir: Ölü sayı 2 dəfə azaldılıb - BÖYÜK İDDİA

Virus 50 nəfərdən birinə hücum edir: Ölü sayı 2 dəfə azaldılıb - BÖYÜK İDDİA

Dünyada hər 50 adamdan biri koronavirusla qarşılaşır. Artıq dünyada 155 milyondan çox yoluxma qeydə alınıb. Onlardan beşdə biri ABŞ-ın payına düşür. Ancaq Hindistan öz "rekordu" ilə bu rəqəmi təzələyə bilər. Artıq Hindistnda 412 min sutkalıq yoluxma var. Ölkədə kisloroda tələbat 7 dəfə artıb. Əksər ştatlar tam qapanmaya gedir.

Cebhe.info xəbər verir ki, Avstraliya vətəndaşlarına bəzi qadağalar qoyub. Ölkədən kənara çıxmaq 17 iyuna qədər qadağan edilib. Ancaq bu qərar məhkəmə predmeti ola bilər. Bildirilib ki, Səhiyyə naziri Qreq Hant mövcud qanunvericilikdən bu qadağanın tətbiqi üçün sui-istifadə edib. Nazirlik isə ölkədən xaricə çıxan hər bir avstriyalının 5 vətəndaş üçün potensial təhlükə yaratdığını deyib.

Almaniyada da vəziyyət bənzərdir. Bu ölkədə də məhkəməyə getmək üçün əsaslar var. Bundestaqda qəbul edilən qərara görə, koronavirusa yoluxan və ya peyvənd olunan şəxslər digərlərinə nisbətən imtiyazlı təbəqə hesab olunacaq. Çünki onlarda antitel yaranıb. Cəmiyyət isə bu qərarla razılaşmır və məhkəmədə mübahisələndirmək istəyənlərin sayı günbəgün artır. Ölkədə artıq 85 min nəfər virusdan həyatını itirib.

Dünyada isə virusa yoluxma sayı getdikcə artır. Ümumi ölüm sayı 3 miyon 250 min nəfərə yüksəlib. Hesablamanı Con Hopkins Universiteti aparıb.

Ancaq ekspertlər bu rəqəmin həqiqəti əks etdirmədiyini düşünürlər. Belə ki, Sietl Universitetinin mütəxəssislərinin fikrincə, ölüm halları xüsusilə pandemiyanın ilk günlərində doğru hesablanmayıb. Üstəlik səhiyyə sistemi yükləndiyindən bir çox hesablamaları aparmaq ümumilikdə mümkün olmayıb.

Universitet mütəxəssislərinin etimallarına görə, dünyada koronavirusdan ölənlərin sayı 7 milyona yaxınlaşır.

Xəzər

Cebhe.info


Oxunma sayı: 4742