hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Virus aeroportu pulsuz qoydu

Virus aeroportu pulsuz qoydu

Tacikistanın Kulyaba aeroportu koronavirus səbəbindən 900 min dollar ziyana düşüb. Bu aeroport son təyyarəni bu il martın 24-də qəbul edib.

Cebhe.info xəbər verir ki, bu barədə "Ozodi" məlumat yayıb.

Məlumata görə, Kulyaba aeroportunun maliyyə vəziyyəti çox ağır durumdadır və işçilərinin 60 faizi əməkhaqları ödənilməmək şərtilə məzuniyyətə göndəriliblər.

Kulyaba aeroportunun baş mühasibi Cumaxon Qarayev bildirib ki, aeroportun büdcəsində pul qalmayıb: "Əgər dövlət tərəfindən dəstək olmasa, biz işcilərimizin əməkhaqlarını ödəyə bilməyəcəyik", - deyə o vurğulayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 2806

Bizim Telegram səhifəmizi izləyin