hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Virus Azərbaycanda işçilərə də yeni tələb qoyub: 14 gündən bir test, dezinfeksiyaedici tunel, xüsusi nəqliyyat...

Virus Azərbaycanda işçilərə də yeni tələb qoyub: 14 gündən bir test, dezinfeksiyaedici tunel, xüsusi nəqliyyat...

Yeni növ koronavirus yeni tələblər də gətirib.

Belə ki, insanlarla sıx ünsiyyətdə olan iş sahələri - sürücülər, tibb personalları müəyyən qaydalarla işləməyə davam edirlər.

Bəs onlar mütəmadi olaraq koronavirus testindən keçirlərmi? İş prosesinə necə davam edirlər?

Cebhe.info mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb.

O bildirib ki, sürücülərin hər biri test müayinəsindən keçib:

"Sürücülər vaxtaşırı test olunurlar və məlumdur ki, nəticələr "neqativ" olanlar işlərini davam etdirirlər. Deyə bilərəm ki, onların sağlamlığının qorunması, yoluxmanın qarşısının alınması üçün bütün tədbirlər görülür. Mütəmadi olaraq tibbi yoxlamalardan keçirilir, hərarətləri ölçülür, işə getmədən qabaq xüsusi dezinfeksiyaedici tuneldən keçirlər. Onlara hər gün xüsusi dezinfeksiyaedici məhlullar, maskalar verilir. İctimai nəqliyyatın fəaliyyətini təşkil edənlər arasında söhbət təkcə sürücülərdən getmir, sürücülər sadəcə, o personalın bir hissəsidir. Orada çalışan onlarla insan var - xadiməsindən tutmuş çilingərinə qədər bütün əməkdaşlar bütün qaydalara riayət edirlər. Bütün görülən tədbirlərin nəticəsidir ki, kütləvi yoluxma halları qeydə alınmayıb".

Digər riskli sahədə çalışanlardan biri də həkimlərimizdir. İxtisasca stomatoloq olan, hazırda isə modul tipli xəstəxanada çalışan Könül Əhədova bildirir ki, bütün müayinələr dövlət tərəfindən həyata keçirilib: "Biz koronaviruslu xəstələrlə də işləyirik, bütün hallarda işləmək üçün COVID-19 testindən keçirik. Xüsusi dezinfeksiya olunmuş hotellərə yerləşdirildik, hamımızdan yaxma götürüldü, qeyd edim ki, heç bir xərcimiz çıxmadı, bütün testlər dövlət hesabına keçirildi. Bizi xüsusi avtobuslarla işə aparırlar".

Hər gün yoluxma riski ilə üz-üzə qalan həkimlərimizin testdən keçmə mütəmadiliyi necədir?

Həmsöhbətimiz bildirdi ki, mütəmadi olaraq test verirlər: "14 gündən sonra yenidən yaxma veririk. Cavablar 3 gün ərzində bizə bildirilir ki, "pozitiv"dir, yoxsa "neqativ"dir" .

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 7899