hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Virus digər xəstəlikləri yoxa çıxarıb? - “Problem onda baş verəcək ki...” - PROFESSOR

Virus digər xəstəlikləri yoxa çıxarıb? - “Problem onda baş verəcək ki...” - PROFESSOR

Pandemiya bəzi respirator infeksiyalara yoluxmanı, soyuqdəymə hallarını və digər xəstəlikləri arxa plana salıb.

Qeyd edək ki, Azərbaycanda ilk koronavirusa yoluxma halı fevralın 28-də qeydə alınıb. Həmin dövrdən indiyədək ölkədə qripə kütləvi yoluxma və ya digər yayılmış xəstəliklərə təsadüf olunur.

Tibb mütəxəssislərinin dediyinə görə, koronavirus qripi yoxa çıxarıb. Yəni dezinfeksiya tədbirləri, immunitetin sabit saxlanması, gigiyena qaydalarına əməl olunması, maskadan istifadə qripin yayılmasını əngəlləyir.

Maraqlıdır, bu şərait başqa hansı xəstəliklərin yayılmasını ertələyib?

Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya bildirib ki, koronavirus fonunda bu xəstəliklərin xüsusiyyətinin aşağı düşməsi müəyyən dövrdən sonra məlum olacaq:

“Payızda istənilən halda soyuqdəymə və kəskin respirator xəstəlikləri kəskin artır. Ötən və ondan əvvəlki illəri xatırlayın. Nə qədər “qripəm” deyib evdə yatan, burnu axan, qızdırması olan xəstələr var idi. İndi də belə xəstələrin qeydə alınması gözlənilir. Ən böyük problem də elə koronavirusla bu respirator virusların diferensiyasıdır. Problem o zaman baş verəcək. Bu baxımdan, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı təlimat hazırlamalıdır. “Koronavirus qripi arxa plana keçirib” söhbəti ilə razılaşmıram. Əvvəla söhbət qripdən gedə bilməz. Qrip olanda H1N1 infeksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunur.

Söhbət yuxarı tənəffüs yollarında parazitlik edən viruslardan gedir ki, əsasən payız və qış mövsümündə fəallaşırlar. Bunların aktivlşməsi baş verə bilər”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1904