hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Virus imkan versə, AFFA 5 nəfərlə danışıq aparacaq: Siyahıda Roy Kin də var? - RƏSMİ CAVAB

Virus imkan versə, AFFA 5 nəfərlə danışıq aparacaq: Siyahıda Roy Kin də var? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, "Mançester Yunayted"in sabiq kapitanı Roy Kinin Azərbaycan millisini çalışdıra biləcəyi ilə bağlı İngiltərə mətbuatında məlumat yayılıb.

Məlumatda AFFA-nın keçmiş futbolçu üçün göndərdiyi təklifin şərtlərinin yaxşı olduğu qeyd edilib.

Həmçinin bildirilib ki, R.Kin 48 saat ərzində təklif üçün yekun qərarını açıqlamalıdır.

Maraqlıdır, AFFA-nın millimizin baş məşqçi vəzifəsi üçün nəzərdə tutduğu namizədləri sırasında Roy Kinin adı varmı?

Bununla bağlı Cebhe.info-ya açıqlamasında AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib ki, baş məşqçi siyahısında R.Kinin adının olması xəbəri doğrudur, lakin hazırda koronavirus səbəbilə heç bir addım atılmayıb:

"Azərbaycan millisinin baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlər siyahısında, yəni AFFA-nın danışıqlar apardığı namizədlər siyahısında Roy Kinin adı var. O da namizədlərdən biridir. Ancaq COVID-19 bağlı yaranan durum imkan vermir ki, müqavilə şərtləri hansısa namizədlə tam olaraq yekunlaşdırılsın. Baş məşqçi məsələsində də yekun qərar AFFA-nın İcraiyyə Komitəsinə məxsusdur. Pandemiya ilə əlaqədar danışıqların yekun mərhələsinə gedib çatmaq mümkün olmadığı üçün namizədlərin heç biri İcraiyyə Komitəsinə təklif olunmayıb. Son siyahıda açıqlanmışdı ki, 5 nəfər baş məşqçi var. İndi də bu civardadır. 5 nəfərlə danışıq aparılır".

Naibə
Cebhe.info


Oxunma sayı: 6194