hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Virusa yoluxan aparıcı nazirliyi tənqid etdi: "Dərmanlar 60-90 manatdır, haqqınızı tələb edin"

Virusa yoluxan aparıcı nazirliyi tənqid etdi: "Dərmanlar 60-90 manatdır, haqqınızı tələb edin"

“Koronavirusa yoluxmuşdum. Birinci gün özümü narahat hiss etdim, təcili yardıma zəng vurdum. Evə gəlib test götürdülər, cavab pozitiv çıxdı. 14 gün evdə müalicə aldım. 5-6 gün hərarətim var idi, 39-a qədər yüksəlirdi. Antibiotik içmədim, ancaq vitamin qəbul edirdim.

Səhiyyə Nazirliyi evdə müalicə alanlar üçün xüsusi dərman dəsti göndərməlidir. Amma sahə həkimi bunu mənə demədi. Siz də tələb edin. Dərmanlar barədə araşdırın. Dünən zəng vurub bu barədə soruşdum. Mənə dedi ki, dərman dəsti imtiyazlı ailələr üçündür".

Cebhe.info xəbər verir ki, bu sözləri koronavirusa yoluxan aparıcı Tural Əsədov deyib.

O, nazirliyinin fəaliyyətindən şikayətlənib:

"Mənə maraqlıdır, həkim telefondan mənim imtiyazlı olduğumu necə anladı? Xəstəsizsə, həkiminizdən dərmanları tələb edin. Həmin dərmanların qiyməti 60-90 manatdır. Haqqınızı tələb edin. Daha sonra vəziyyət modul tipli xəstəxanalarda pulla yer almağa qədər gəlib çıxır”.

Xatırladaq ki, dünən iki xəstəxananın baş həkimi koronaviruslu xəstələrdən rüşvət aldıqlarına görə saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 1068