hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Virusa yoluxanlara da vaksin vurulacaq?- Tanınmış həkimdən AÇIQLAMA

Virusa yoluxanlara da vaksin vurulacaq?- Tanınmış həkimdən AÇIQLAMA

"Suallar var ki virusu keçirənlər də vaksin vurmalıdırmı? Qısa cavab istəyirsinizsə, bəli. Çünkü ayrı-ayrı fərdlərdə qazanılmış təbii immunitetin kifayət dərəcədə qoruyucu gücə malik olacağını proqnozlaşdırmaq və yoluxmayacağına zəmanət vermək çətindir".

Cebhe.info xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O bildirib ki, vaksin vurduran şəxslər də maska geyinməlidir, çünki yenidən yoluxma ehtimalları olacaq:

"Vaksin vasitəsilə qazanılma immunitet də az etibarlıdır, vaksin vurduranlar yenə də maska geyinməlidir, özünü qorumalıdır. Vaksin vurduranlar da virusa yoluxacaq, amma vaksin işə yarayacaqsa, simptomsuz keçirəcəklər. Həmin insanlar digərlərini yoluxdura biləcəkləri üçün maskadan azad edilməyəcəklər.

Həm vaksin vurmaq, həm vurmamaq riskdir. Amma bir faktı deyim ki, hələ ki vaksindən zərər görənlərin sayı COVİD-19-un öldürdüyü insan sayından müqayisə olunmaz dərəcədə azdır. Vaksinin vura biləcəyi fəsadları aradan qaldırmaq ağır koronavirus xəstəsinin müalicəsindən də qat qat asandır".

Onun sözlərinə görə, hazırda virus əleyhinə istifadə edəcəyimiz başqa seçim olmadığı üçün vaksin olunmaq lazımdır:

"Qərar verəndə hazırda həyatın iflic durumda olmasını, süni tənəffüsdə yüzlərlə xəstənin yaşamaq uğrunda çarpışmasını, bu virusa görə çoxsaylı həkim və digər tibb işçiləri daxil olmaqla neçə neçə dəyərli insanın həyatını itirdiyini, belə davam edərsə, bir gün yoluxma növbəsinin mütləq sizə də çatacağını nəzərə alın.
Vaksin ideal qoruma vasitəsi olmasa da, hazırda COVİD-19-a qarşı tətbiq edə biləcəyimiz başqa seçim yoxdur.

Türkiyədə 600 000 insan hələ ki vaksinasiya olub, ciddi fəsadlar olsaydı, rəsmi açıqlama verilməsə də belə, insanlar sosial şəbəkədə paylaşardı. Məncə, Çin Xalq Respublikası alimlərinin min bir zəhmətlə hazırladığı və bizə dövlət tərəfindən pulsuz təklif olunan vaksini sınamaqdan imtina etməyək".

Naibə
Cebhe.info


Oxunma sayı: 1123