hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Virusu 5G yaradıb? - Çinin Vuhanda tətbiq etdiyi texnologiya dünyanı yoluxdurdu - “İnsanlar anidən yıxılır, öskürür…” - BÖYÜK İDDİA

Virusu 5G yaradıb? - Çinin Vuhanda tətbiq etdiyi texnologiya dünyanı yoluxdurdu - “İnsanlar anidən yıxılır, öskürür…” - BÖYÜK İDDİA

Dünyanı qısa müddətdə cənginə alan və bütün qaydaları köklü surətdə dəyişdirən koronavirusla bağlı müəmma getdikcə artır.

Dünya dövlətləri mübarizə tədbirləri ilə yanaşı, vaksin axtarışında olduğu bir zamanda COVİD-19 adlandırılan yeni virusun necə yaranması müzakirələri artır. Artıq virusun beyin məhsulu olduğunu açıq söyləyələr var. Ancaq bu iddianı səsləndirənlər hələlik sözlərinin təsdiqi kimi ciddi dəlil təqdim etmir və ya bunun üçün tələsmirlər.

Virusu 5G yaradıb?

Cebhe.info xəbər verir ki, belə bir zamanda koronavirusla bağlı hər bir məlumat diqqətlə izlənilir. Bugünlərdə yayılan daha bir informasiya isə virusun beynin məhsulu olmasına dair iddialanı daha da gücləndirib. İddiaya görə, 21000 alim BMT- yə G5 texnologiyasının qadağan edilməsi ilə bağlı müraciət edib. Səbəb G5-in havadakı oksigen malekullarını parçalayaraq onun molekulyar quruluşunu dəyişdirməsi göstərilib. Burada ən maraqlı məqam Çinin pilot layihə olaraq G5-i ilk dəfə Vuhan şəhərdinə tətbiq etməsidir, o cümlədən xəstəxanalarda. O Vuhanda ki, ötənilin dekabrında məhz bu şəhərdə naməlum xəstəlik peyda olub, sürətlə yayılıb, minlərlə insanı öldürüb və daha sonra dünyanı indiki mənzərəsinə gətirib.

İnsan niyə durduğu yerdə yıxılır?

Alimlərin iddiasına görə, anidən yerə yıxılmalara, bəlğəmsiz öskürəyə səbəb beyin və ciyərlərə fərqli molekulyar tərkibli oksigenin daxil olmasıdır. Bunun nətcisində orqanizmin təbii halları pozulur. Sonucda sadə qrip virusu olan COVİD- in mutasiyasına yol açır.Əgər bu iddia doğrudursa, o zaman koronavirusun necə yaranmasını tapmaq asanlaşacaq.

5G texnologiyası nədir?

5G daha öncəki rabitə standartları ilə müqayisədə daha yüksək yükləmə və endirmə sürətinə malikdir. O, daha geniş əhatə dairəsi və daha sabit bağlantını təmin etməlidir. 5G özündən əvvəlki nəsil olan 4G-dən çox fərqlidir. BBC-nin araşdırmasına görə, bu, tamamilə yeni radiosiqnal texnologiyasına əsaslanır. Onun sürəti operatorun seçdiyi avadanlıq, antenlər və ötürücülərə yatırımdan asılı olacaq. "Hazırda mobil telefonlarla vasitəsilə etdiyiniz bütün əməliyyatları daha tez və təkmil şəkildə etməyə qabil olacaqsınız", - OpenSignal araşdırma mərkəzinin təhlilçisi Ian Fogg BBC-yə deyib.

Onun sözlərinə görə, ən önəmlisi isə bu texnologiyanın öncədən proqnoz etmək iqtidarında olmadığımız yeni xidmətlərə yol açmasıdır. “Yeni telefona ehtiyac varmı?” sualına cavabında mütəxəssis “Bəli, qorxuram ki, var. 2009/10-cu illərdə yeni standarta cavab verən smartfonlar 4G infrastrukturun tam tətbiqindən öncə təqdim olundu.O zaman xidmətin "zəif işləməsi"nə görə aşırı pul ödədiyini düşünənlər məyus olmuşdu. Çox güman istehsalçılar eyni səhvə yol vermək istəmirlər”, - cavabını verib. Onun sözlərinə görə, çox güman ki, 5G xidmətinin istismara tam hazır olmasından sonra yeni smartfonlar istehsal olunacaq.

Çin niyə tələsirdi?

Yeni nəsil telefonlar sabit xidməti təmin etmək məqsədilə 4G və 5G siqnalına köklənməyə qadir olacaqlar. Əksər ölkələrdə 5G xidmətinin 2020-ci ilədək təqdim olunacağı gözlənilir. Lakin Qətərin “Ooredoo” telekommunikasiya şirkəti artıq 5G kommersiya xidmətini hələ 2018-ci ildə işə saldığını bildirib.

Maraqlıdır ki, hələ 2018-ci ildə BBC yazırdı: “2019-cü ildə yeni texnologiyaya keçməyə tələsənlər arasında Çin də var”.

Bu, sizə nəsə deyirmi?

Xəzər
Cebhe.info


Oxunma sayı: 26984