hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Virusun mənbəyi olan Vuhan QARIŞDI: Hökumət yoluxma olmadığını bildirdi, xalq əksini görüb üsyana qalxdı - VİDEO

Virusun mənbəyi olan Vuhan QARIŞDI: Hökumət yoluxma olmadığını bildirdi, xalq əksini görüb üsyana qalxdı - VİDEO

Koronavirusun ilk mənbəyi kimi tarixə düşən Çinin Vuhan şəhərində əhali ilə polis arasında qarşıdurma olub.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, əhali koronavirus tədbirlərinin davam etməsinə görə polisə hücum edib, şəhərin normal həyata qayıtmasını tələb edib. Əhalinin fikrincə, Çin hökuməti yeni yoluxma hallarının qeydə alınmadığını rəsmən bəyan etdiyindən, artıq karantin tədbirləri tam götürülməlidir.

Aksiya şəhərin daxil olduğu Hubey əyaləti ilə Kiangxi əyaləti arasındakı körpünü keçmək istəyən vətəndaşlara polisin baryer yaratmasından sonra başlayıb. Polisə hücum edən vətəndaşlar barikadaları aşırıb. Digər əyalətdən də Hubeyə getmək istəyənlərin qarşısına da barrikadalar çıxıb. Bu isə yerli əhalidə Vuhanda yoluxma hallarının dayanması barədə rəsmi məlumatın həqiqət olmadığı düşüncəsini yaradıb.

Xatırladaq ki, Vuhan şəhərindən yayılan koronavirus bu ölkədə 82 min nəfərin yoluxmasına, 3295 nəfərin ölümünə səbəb olub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 28865