Virusun yeni növü: İkiqat mutasiya ABŞ-da da aşkarlandı

İlk dəfə Hindistanda ortaya çıxan koronavirusun ikiqat ştammı ABŞ-da da aşkar edilib.
Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlunat yayıb. Məlumatda bildirilir ki, mutasiya Stanford Universitetinin alimləri tərəfindən aşkarlanıb.
Universitetin Klinik Viroloji Laboratoriyası müdiri Benjamin Pinski bildirib ki, sözügedən mutasiyaya haqqında hələ yetərli məlumata sahib deyillər:
"Bu iki mutasiya birləşəndə, insanlarla necə davrandığını bilmirik".
Naibə
Cebhe.info
Oxunma sayı: 364