hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Virusun yeni simptomları yaranıb: Eşitmə qabiliyyəti itirilir, qan laxtalanır...

Virusun yeni simptomları yaranıb: Eşitmə qabiliyyəti itirilir, qan laxtalanır...

Bütün dünyanı təsiri altına alan koronavirusun yeni simptomları həkimləri də dəhşətə gətirib.

Belə ki, hazırda virusa yoluxma və ölüm hallarının artdığı Hindistanda virusun yeni simptomları aşkarlanıb.

Cebhe.info xəbər verir ki, virusdan ən çox əziyyət çəkən ölkələrdən biri olan Hindistanda virusun “Delta” olaraq adlandırılan yeni və daha təhlükəli variantı yayılır.

Alimlər bildirib ki, virusun “Delta” variantı insanlar arasında daha sürətli yayılır. Virusun yeni simptomları arasında qan laxtalanması, eşitmə qabiliyyətinin itirilməsi və qanqrena aşkarlanıb.

Mütəxəssislər bildiriblər ki, viral infeksiyalar uzun müddətdir yetişkin insanlarda eşitmə qabiliyyətinin itirilməsinə səbəb olur. Alimlər bunun bəzi hallarda müvəqqəti, bəzi hallarda qalıcı olduğunu vurğulayıblar.

Apollo xəstəxanasında yoluxucu xəstəliklər üzrə mütəxəssis çalışan Abdul Qafur bildirib ki, virusun yeni variantları, simptomları ortaya çıxdıqca, onunla mübarizə də çətinləşir.

Hindistanda virusa yoluxmuş şəxsləri müalicə edən həkimlər bildiriblər ki, hazırda xəstələr arasında mədə ağrısı, iştahsızlıq, əzələ ağrısı, eşitmə qabiliyyətinin itirilməsi kimi hallar daha çox müşahidə edilir.

Qeyd edək ki, hazırda ölkədə 28 milyon 996 min 473 nəfər virusa yoluxub. Ölkədə günlük yoluxma sayı isə 100 minə çatıb.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1860