hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Vulkan püskürməsi nəticəsində yeni ada yarandı

Vulkan püskürməsi nəticəsində yeni ada yarandı

Sakit okeanda yerləşən Tonqa Krallığında vulkan püskürməsi nəticəsində 172 adadan biri batıb.

Cebhe.info yerli türk mətbuatına istinadən xəbər verir ki, batan adanın qərbində ondan 3 dəfə böyük lavalardan ibarət yeni ada yaranıb.

Məlumata görə, vulkan dəniz altından püskürüb. Tonqa Geoloji Araşdırmalar Mərkəzindən Taaniela Kula yaranan yeni adanın 100 metr genişliyində və 400 metr uzunluğunda olduğunu və batan Lateiki adasının 120 metr qərbində əmələ gəldiyini deyib.

Qeyd edək ki, dənizaltı vulkanın aktivliyi keçən aydan başlayıb və 18 gün davam edib.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 452