t Vüqar Bayramov: “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Vüqar Bayramov: “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır”

Vüqar Bayramov: “Millət vəkili xalqla hökumət arasında körpü olmalıdır”

Yanvarın 28-də 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Əhmədbəyli, Mahmudlu-2 və Qarabağ kəndlərindən sonra Araz Dilağarda və Araz Zərgər kəndlərində də görüş keçirib.

Cebhe.info xəbər verir ki, Vüqar Bayramov son illər həyata keçirdiyi fəaliyyətlər haqqında ətraflı məlumat verib, deputatlığa namizədliyini irəli sürməsinin səbəbləri haqqında danışıb:

“Azərbaycan yeni dönəmə daxil olur. Dövlət başçısının da qeyd etdiyi kimi millət vəkili seçildikdən sonra xalqın yanında olmalı, gedib Bakıda oturmamalıdır. Millət vəkili xalqla hökumət arasında körpü olmalı, seçiciləri maraqlandıran məsələləri öyrənməli, parlamentdə səsləndirməli, qanun yaradıcılığında fəal şəkildə iştirak etməlidir. Mən məhz belə nümunəvi deputat olmaq üçün bu prosesə qoşulmuşam”.

Çıxışının sonunda Vüqar Bayramov seçiciləri 9 fevralda aktiv olmağa çağırıb:

“Seçkiyə gedin, layiq bildiyiniz namizədə səs verin. Elə namizədə səs verin ki, sonra peşman olmayasınız. Hər zaman öz millət vəkilinizin adını qürurla çəkə biləsiniz”.

Görüşün ikinci hissəsində Vüqar Bayramov seçiciləri maraqlandıran sualları cavablandırıb, onların təklif və rəylərini dinləyib.

Görüşdə deputatlığa namizədi Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov müşayiət ediblər.

Cebhe.info


Oxunma sayı: 1805