hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Vüqar Bayramov şəhid ailələri ilə görüşüb - FOTO

Vüqar Bayramov şəhid ailələri ilə görüşüb - FOTO

Millət vəkili Vüqar Bayramov təmsil etdiyi Füzuli rayonuna növbəti səfəri zamanı vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə görüşüb, onların problemlərini dinləyib.

Cebhe.info xəbər verir ki, deputat son səfəri zamanı Füzuli rayon sakinləri olan 56 şəhid ailəsini ziyarət edib.

O, bununla bağlı öz təəssüratlarını bölüşüb:

"Məhz belə şücaətli övladlarımızın sayəsində həmyerlilərimin, eləcə də digər işğaldan azad olunmuş ərazilərimizin sakinlərinin yurd həsrətinə son qoyuldu. Belə qəhrəman, hünərli övladlar yetişdirdikləri üçün bir daha şəhid ailələrimizə minnətdarlığımı bildirib qarşılarında baş əyirəm. Əlavə olaraq vurğulayım ki, dövlət dəstəyi ilə yanaşı hər birimiz, vətəndaş olaraq, hər zaman şəhid ailələrimizə dəstək, qayğı göstərməkdə davam etməliyik. Bu, həm də bizim Vətən borcumuzdur!"

Naibə
Cebhe.info


Oxunma sayı: 771

Bizim Telegram səhifəmizi izləyin