t "Vurulan təyyarənin qara qutusu Ukraynaya göndəriləcək" - İran rəsmisi
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

"Vurulan təyyarənin qara qutusu Ukraynaya göndəriləcək" - İran rəsmisi

"Vurulan təyyarənin qara qutusu Ukraynaya göndəriləcək" - İran rəsmisi

Yanvarın 8-də Tehranda vurulan “Boeing 737” tipli sərnişin təyyarəsinin qara qutusu Ukraynaya göndəriləcək.

Unikal.org-un İran KİV-nə istiadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi Qəza İdarəsinin baş direktoru Həsən Rızayifer açıqlama verib.

Rızayifer Ukraynadan hadisəni öyrənmək üçün gələn mütəxəssislərlə görüşdüyünü bildirib. Baş direktor təyyarənin qara qutusunun İranda oxunmayacağını, ukraynalıların istəyi ilə onlara göndəriləcəyini vurğulayıb:

"Qara qutunun əvvəlcə Fransa, Kanada və ABŞ mütəxəssislərinin köməyi ilə analiz ediləcəyinə qərar verilib.Əgər bu dəfə uğur əldə edilməsə, qara qutu Fransaya göndəriləcək".

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yayıb. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib. 

Cebhe.info


Oxunma sayı: 1519