hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb

"WhatsApp" yazışmaları qırmağa imkan verən səhvi aradan qaldırıb

"WhatsApp" hakerlərin zərərli GIF-fayllardan istifadə edərək yazışmalara giriş əldə edə biləcəyi təhlükəsizlik səhvini aradan qaldırıb.

Bu barədə CNN məlumat yayıb.

Hakerlərin yazışmalara girişi istifadəçinin GIF-faylı qalereyada açması ilə mümkün olub.

"Problemin istifadəçilərə təsir etdiyini düşünməyə əsas yoxdur, ancaq biz hər zaman istifadəçilərimizi ən yeni təhlükəsizlik funksiyaları ilə təmin etməyə çalışırıq", - "WhatsApp" nümayəndəsi telekanala açıqlamasında deyib.

Səhv messencerin son yeniləməsində aradan qaldırılıb/Report.

Cebhe.info


Oxunma sayı: 1233