t Xaçmazda şadlıq sarayında ölüm hadisəsi baş verib
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Xaçmazda şadlıq sarayında ölüm hadisəsi baş verib

Xaçmazda şadlıq sarayında ölüm hadisəsi baş verib

Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb.

Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cebhe.info


Oxunma sayı: 738