hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Xalq artistinin doğum günüdür 

Xalq artistinin doğum günüdür 

Bu gün Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Cəfərovanın doğum günüdür.

Cebhe.info xəbər verir ki, Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda anadan olub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 

Səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb.

Bəsti Cəfərova Akademik Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində “Mən Dədə Qorqud...” (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin “Təskinlik verməyi unutmayın” (“Kiçik şahzadə”, Qızılgül, Çöl çiçəyi və Fanarçı), “Yuğ” Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın “Heydərbaba” əsəri əsasında səhnələşdirdiyi “Salam” (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb.

Bəsti  Cəfərova 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. 30 aprel 2014-cü ildə Prezident mükafatına və 6 may 2016-cı ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 419