t Xanhüseyn Kazımlının deputat olmaq istəyən qızı bankda işləmir? - Atası "yox", MSK "hə" deyir
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Xanhüseyn Kazımlının deputat olmaq istəyən qızı bankda işləmir? - Atası "yox", MSK "hə" deyir

Xanhüseyn Kazımlının deputat olmaq istəyən qızı bankda işləmir? - Atası "yox", MSK "hə" deyir

Beşinci çağırış Milli Məclisin deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının qızı, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürən Əsli Kazımova “Bank Respublika”da şöbə müdiri vəzifəsində çalışır. 

Cebhe.info xəbər verir ki, Əsli Kazımovanın Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi sənədlərdə də onun “Bank Respublika”da şöbə müdiri vəzifəsində çalışdığı qeyd olunub. 

Lakin Xanhüseyn Kazımlı hansı səbəbdən bu faktı gizlətməyə çalışır. O, Unikal.org-a verdiyi açıqlamada bildirib ki, qızı müəllimədir.

"Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir", - deyə Xanhüseyn Kazımlı bildirib.

Cebhe.info


Oxunma sayı: 4104