hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Xanımı Murad Köhnəqalanın borcunun ödənilməsi üçün çağırış etdi

Xanımı Murad Köhnəqalanın borcunun ödənilməsi üçün çağırış etdi

12 min manat aliment ödəmədiyinə görə həbs olunan şair Murad Köhnəqalanın borcunun ödənilməsi üçün bank hesabı açılıb.

Cebhe.info xəbər verir ki, bu barədə Murad Köhnəqalanın həyat yoldaşı Şəlalə Göytürk bildirib.

“Murad Köhnəqalanın həbsdən azad edilməsi üçün tələb olunan 12 min manat vəsait yaxın zamanda ödənilməsə, onu illərlə həbs gözləyir. Murad Köhnəqala alicənab insan, gözəl ata, həssas və dəyərli ziyalıdır. Onun həbsxanada haqsız yerə çürüməsinə imkan verməyək! Hər kəsdən Murad üçün yardım kampaniyasına qoşulmağı xahiş edirəm. Bank hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı:
AZ94IBAZ33881019446274006208”,-
deyə Şəlalə Göytürk bildirib.

Cebhe.info


Oxunma sayı: 1365