hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Xankəndidə azərbaycanlıları əsir alacağını dəyən erməni separatçı “işdən” qovuldu

Xankəndidə azərbaycanlıları əsir alacağını dəyən erməni separatçı “işdən” qovuldu

Qarabağ separatçı rejimin “Fövqəladə Hallar Xidməti”nin “rəis müavini” Boris Avakyan işdən çıxarılıb.

Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Bildirilib ki, Boris Avakyan söylədiyi fikirlərlə "vəzifə səlahiyyətlərini" aşıb:

“Avakyanın səsləndirdiyi iddiaların və fikirlərin əksəriyyətini bölüşmürük. Onun dediklərinin də bir hissəsi reallığa uyğun gəlmir. Uyğunsuz xidmət davranışı və vəzifəsindən sui-istifadə nəzərə alınaraq Avakyan tutduğu vəzifədən azad edilib”.

Xatırladaq ki, Avakyan mətbuat konfransı zamanı “Azərbaycanla sülh olmayıb və yoxdur. 25 ildir bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətimizin bir hissəsi onlarla sülh olduğunu zənn edir və düşünürlər ki, məsələ artıq həlli edilib. Ancaq bu gün sülh yoxdur. Qarşımızda danışıqların aparıldığı düşmən dövlət var. Hərbi əməliyyatların olmaması sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi hələ imzalanmayıb”,- deyib.

Bundan başqa Avakyan parlamentdə səsləndirdiyi fikrilərlə də gündəm olub. O bildirib ki, azərbaycanlılar Xankəndinə gələ və burada mağazalarda alış-veriş edə bilməzlər.

Ermənistan parlamentinin 19 apreldə keçirilən iclasında Boris Avakyan azərbaycanlıların Xankəndinə getməsi barədə xəbərlərə münasibətində "Bilmirəm ki, bu yalan informasiyaları kim yayır. Əgər belə hal olsa, sizə əmin edirəm ki, öz tabel silahımın köməyi ilə həmin azərbaycanlını əsir götürərəm",-demişdi.

O qeyd edib ki, ermənilər azərbaycanlılara heç nə satmayacaq.

Cebhe.info


Oxunma sayı: 28370