hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Xankəndidə ciddi narahatlıq:“Azərbaycanlılar nəinki burada ofis aça...”

Xankəndidə ciddi narahatlıq:“Azərbaycanlılar nəinki burada ofis aça...”

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyevin “Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək” sözləri separatçılarda ciddi narahatlıq yaradıb.

Xatırladaq ki, T.Gəncəliyev hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlərin nəzərdən keçirildiyini deyib:“Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.

Bu fikirlərə Xankəndidəki separatçıların rəhbəri Araik Arutunyanın "mətbuat katibi" Lusina Avanesyan münasibət bildirib: “Azərbaycanlılar nəinki Xankəndidə ofis aça bilməz, hətta Xankəndiyə gələ də bilməzlər".

Araik Arutunyanın "nümayəndəsi" hətta açıqlamasında münaqişənin tənzimlənməsi üçün Azərbaycanın əraziləri qaytarmalı olduğuna dair də sərsəm fikir səsləndirib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3279